Azərbaycanda şərabların minimum qiymətinin müəyyənləşdirilməsi təklif edilir


Digərləri 16 Noy 2018 13:08:07 268 0

Azərbaycanda şərabların minimum qiymətinin müəyyənləşdirilməsi təklif edilir

Azərbaycanda energetik içkilərə aksiz dərəcələrinin tətbiqi və şərabların minimum qiymətinin müəyyənləşdirilməsi təklif edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

Onun sözlərinə görə, gənclərin sağlamlığını ciddi şəkildə pozan energetik içkilərə aksiz dərəcələrinin tətbiqi çox vacibdir:

"Energetik içkilərin ən ucuz satıldığı ölkələrdən biriyik. Onların da heç biri Azərbaycanda istehsal olunmur, bizə xaricdən bəlkə də məqsədli şəkildə idxal edilir. Təkcə biznes məqsədilə deyil, gələcəyi korlamaq məqsədilə gətirilir. Energetik içkilərdə kofeinin miqdarı normadan 4 dəfə çoxdur".