Hindistanda "Qaca" 11 nəfəri öldürdü,


Dünya 16 Noy 2018 12:29:00 213 0

Hindistanda "Qaca" 11 nəfəri öldürdü,

Hindistanın tüğyan edən "Qaca" qasırğası Tamilnad ştatında insan tələfatı və fəsadlara yol açıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 11 nəfər ölüb.

Məlumata görə, 76 mindən çox adam təxliyə edilib, onlar 300 müvəqqəti məntəqədə yerləşdirilib. Evlərə ziyan dəydiyi, ağacların aşdığı bildirilir. Ərazidə xilasedicilər işləyir.