Ali Məhkəmənin sədri: "Azərbaycanda ağır cinayətlərin sayı azalıb"


Digərləri 16 Noy 2018 12:17:00 262 0

Ali Məhkəmənin sədri: "Azərbaycanda ağır cinayətlərin sayı azalıb"

2000-ci ildən bu günə qədər Azərbaycanda mülki işlərin sayı 20 dəfə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Onun sözlərinə görə, 2000-ci ildə Azərbaycan məhkəmələri 22 min mülki işə baxıb: "2016-cı ildə isə 470 min mülki işə baxılıb. 2017-ci ildə müəyyən qanunlarda edilən dəyişikliklərə görə mülki işlərdə azalma var".

R.Rzayev bildirib ki, bu dövrdə cinayət işlərinin sayı azalıb: "İstər 2000-ci il olsun, 2005-ci il olsun, ya bu gün olsun, cinayət işlərinin sayı 15 mini keçməyib. Ümumiyyətlə, Azərbaycanda ağır cinayətlərin sayında artım yoxdur. Bu da böyük bir nailiyyətdir".