"Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək"


Digərləri 16 Noy 2018 12:00:00 246 0

"Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək"

Vergi Məcəlləsinə sahibkarlarla, sahibkarlıqla, vergi və sığorta yığımı ilə bağlı çox mühüm dəyişikliklər edilir. Bundan sonra həm sahibkarların işi yüngülləşəcək, həm də sığorta və vergi yığımı bir əldən olacaq, bunu cəmi bir qurum həyata keçirəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli dilə gətirib.

O qeyd edib ki, yığımları bundan sonra ancaq Vergilər Nazirliyi həyata keçirəcək.