Ramiz Rzayev: "Azərbaycanda hakimlərin sayı azdır"


Digərləri 16 Noy 2018 11:59:38 234 0

Ramiz Rzayev: "Azərbaycanda hakimlərin sayı azdır"

Azərbaycanda hakimlərin sayı azdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən KİV rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, hazırda Azərbaycanda 540-550 hakim var: "Azərbaycan əhalisi isə təqribən 10 milyon nəfərdir. Avropa standartları ilə götürsək, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Avropa standartlarına görə, hər 100 min nəfərə 20 hakim düşməlidir".