Abel Məhərrəmovun sərxoş çıxışı harda olub?


Digərləri 16 Noy 2018 11:46:47 248 0

Abel Məhərrəmovun sərxoş çıxışı harda olub?

Dünəndən ölkə gündəmini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar zəbt edib. 

Belə ki, şeyxülislam Allahşükür Paşazadə ilə ölkənin bir qrup deputat və ziyalılardan ibarət nümayəndə heyəti İspaniyada beynəlxalq konfransa gedərkən onu səfərdə müşayiət edən BDU rektorunun "sərgüzəştləri" ölkədə ciddi rezonansa səbəb olub. Akademikin səfərboyu içkili olması, uçduğu təyyarədə belə şərab çəlləkləri daşıması şok effekt yaradıb.

Dünən günün sonunda həmin tədbirdən fotolar və videolar, hətta A.Məhərrəmovun çıxışı yayılıb. Lakin həmin çıxışın videousunda rektor, necə deyərlər, ağlı başında biri kimi çıxış edir, içkili olduğu hiss olunmur və məntiqi fikirlər səsləndirir. Belə demək mümkünsə, bu çıxış, əslində, yazılanları təkzib edirdi.


Xəbərə aid foto