Bakı Metropoliteni işçi axtarır


Digərləri 16 Noy 2018 11:32:00 239 0

Bakı Metropoliteni işçi axtarır

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.

Bakı. Samir Əli - “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir. QSC-dən Trend-ə verilən məlumata görə, müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir: Tələblər: • Ali təhsil (tələb olunan sahə üzrə); • Yaş: 25-45; • 3 ildən yuxarı iş təcrübəsi; • Hərbi mükəlləfiyyətli; • Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli; • "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli; • İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli; • dürüst və analitik düşünmə bacarığı olmalıdır.