"İşsizlikdən sığorta haqqında" qanun layihəsinə dəyişiklik müzakirəyə çıxarılır


Digərləri 16 Noy 2018 11:28:57 270 0

"İşsizlikdən sığorta haqqında" qanun layihəsinə dəyişiklik müzakirəyə çıxarılır

İşsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "İşsizlikdən sığorta haqqında" qanun layihəsinə dəyişikliyin edilməsi təklif olunur.

Yeni dəyişikliyə görə, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi (əvvəllər bu 25 faiz idi) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür.