Xatun Fatimədən üzr istəməyəcək


Şou-biznes 16 Noy 2018 11:30:00 284 0

Xatun Fatimədən üzr istəməyəcək

Dünən Fatimə Fətəliyeva kütləvi informasiya vasitələri ilə bildirib ki, guya mən ondan üzr istəməliyəm. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva İnstaqram səhifəsində paylaşıb. O, qalmaqal yaşadığı keçmiş rəfiqəsi, rəqqasə Fatimə Fətəliyevanın yalan danışdığını bildirib:

"Nəzərinizə çatdırmaq istəyirəm ki, Fatimənin dedikləri ağ yalan və uydurmadır. Hesab edirəm ki, məni sevən və sevməyən tamaşaçılara belə dezinformasiyalar verib onları aldatmaq olmaz! Mən hər zaman doğruları söyləyirəm və bu gün də sizə reallığı təqdim edirəm".

Paylaşılan məhkəmə qərarından bəlli olur ki, Fatimə Fətəliyeva Xosrov qızının Əliyeva Nərgiz (Xatun) Aydın qızına qarşı "şərəfin, ləyaqətin müdafiəsi və mənəvi ziyan tələbi" rədd olunub. Məhkəmə müğənninin sosial şəbəkədə yazdığı statusda Fatimənin təhqir edilmədiyini bildirib. 


Xəbərə aid fotolar