NyuYorkda qar həyatı iflic etdi VİDEO FOTO


Dünya 16 Noy 2018 11:03:00 274 0

NyuYorkda qar həyatı iflic etdi  VİDEO  FOTO

Nyu-Yorka yağan güclü qar nəticəsində yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Nyu-York polisinin rəsmi "Twitter" səhifəsində əlverişsiz hava şəraiti ilə əlaqədar yolllarda ehtiyatlı olmaq tövsiyə olunub.

Qarlı hava şəraiti ilə əlaqədar avtobusların hərəkət cədvəli dəyişib. Dayanacaqlarda çoxlu sayda insan uzun müddət gözləməli olur.

Manhetten küçələrində nəqliyyatın hərəkətində çətinlik yaranıb, bu, böyük tıxaclara səbəb olub. 

Qartəmizləyən texnikanın yağıntıların fəsadlarını aradan qaldırmağa gücü yetmir. Taksilərin qiymətlərində kəskin artım müşahidə olunur.