Fransanın ATƏTin Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması tələb edilir


Siyasət 16 Noy 2018 10:51:49 270 0

Fransanın ATƏTin Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması tələb edilir

"Azərbaycandakı çoxsaylı fransız şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması məsələləri nəzərdən keçirilməlidir".

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri Fransa qanunlarına və beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir terrorçunun sərbəst hərəkət etməsi hələ üstəlik rəsmi şəxs kimi görüşlər keçirməsi  cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir.

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Azərbaycan XİN: Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir Onun fikrincə, Fransa terrorçu Bako Saakyana qucaq açmaqla separatizmi dəstələyir və terroristlərə qarşı cəzasızlıq mühiti yaradır: "Fransa Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standartlara yol verir, terroristə cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini gözdən salır. Bununla da, gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik seperatizmi təşviq etmiş olur. Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. O zaman əgər gələcəkdə Korsikadakı seperatizm kimlərsə tərəfindən dəstəklənəcəksə, Fransa günahı elə özünün yanlış siyasətində görməlidir". H.Bababoğlu təəssüf edir ki, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyini itirməyə başlayıb: Senator: Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır "Fransa Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Ancaq Fransa nəinki obyektiv və balanslı siyasət həyata keçirmir, tam əksinə çox açıq şəkildə postovet məkanındakı münaqişələrə münasibətdə ikili standartlara yol verir. Məsələn, Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Ancaq bakosaakyanlar bu Avropa ölkəsində sərbəstcə dolaşır, görüşlər keçirir, ianələr toplayır. Bu yolverilməzdir! Bütün bunlar azmış kimi Fransanın xeyli sayda şəhəri Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bəzi subyektlərlə qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa söykənən etirazlarına isə sadəcə "Biz Dağlıq Qarabağ adlı bir qurumu rəsmən tanımırıq" kimi quru diplomatik ifadələrlə cavab verir. Əslində isə bütün bu  hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik seperatizmi pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir".

Fransa qondarma rejimin nümayəndələrinə xüsusi rəğbət göstərir - Dağlıq Qarabağın Azərbaycanlı İcması Ona görə də millət vəkili hesab edir ki, tərəfsizliyini itirdiyinə görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır: "Lazım gələrsə, ölkəmizdə fəaliyyət göstərən çoxsaylı fransız şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması məsələləri nəzərdən keçirilməlidir. Əks təqdirdə bu tipli gizli dəstəklər gələcəkdə açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər ki, bu da nəinki Azərbaycan üçün, bütövlükdə Avropada, İspaniyada, Belçikada, İsveçrədə, Almaniyada və s. etnik seperatçılığın yenidən güclənməsinə gətirib çıxara bilər. Bu da bütün dünyada yeni çaxnaşmaya səbəb olar. Ona görə də Avropa İttifaqına üzv olan dövlətlər, eləcə də beynəlxalq təşkilatlar Fransanın belə sürüşkən mövqeyinə qiymət verməlidirlər. Fransa unutmamalıdır ki, həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı ilə tərəfdaşlıq memorandumu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət etməyə borcludur".

İlkin İzzət Son.az