İstanbulda və Bursada dəniz reysləri təxirə salındı


Dünya 16 Noy 2018 10:50:00 219 0

İstanbulda və Bursada dəniz reysləri təxirə salındı

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və bunun nəticəsində hündür dalğaların müşahidə olunması olub. Sinoptiklər əlverişsiz hava şəraitinin hələ 2 gün davam edəcəyini proqnozlaşdırıblar.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.