Bu gündən bu sürücülər


Digərləri 16 Noy 2018 10:24:15 239 0

Bu gündən bu sürücülər

Noyabrın 15-də sürücülərə avtomobilin yan arxa şüşələrində jalüzlərdən istifadəyə verilmiş icazənin müddəti başa çatıb. Bu gündən etibarən isə avtomobilində jalüzlərdən istifadə edən sürücüləri cərimələyəirlər.

Son.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib ki, bu gündən avtomobilin yan arxa şüşələrinə jalüzlərdən istifadə edilən sürücülər cərimələnəcək.

"15 noyabrda nəqliyyat vasitələrinin yan arxa şüşələrində jalüzlərdən istifadənin icazə müddəti bitib. Bu gündən jalüzlərin istifadəsinə icazə verilmədiyinə görə hər hansı bir sürücü onları açmayıbsa, İnzibati Xətalar Məcəlləsinin 342.2.4 maddəsinə uyğun olaraq 150 manat miqdarında cərimə olunacaqlar".

R.Quliyev deyib ki, nəqliyyat vasitələrinin  şüşələrinin işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması nəzərə alınaraq, avtomobilin yan və ön şüşələrinə görüntünü məhdudlaşdıran örtük vuran sürücülər cərimələnəcək:

"Avtomobil şüşələrinin işıq ötürmə qabiliyyəti xüsusi cihazla ölçülür. Əgər avtomobilin şüşələrinin işıq ötürmə qabiliyyəti 70 faizdən azdırsa, həmin avtomobil cərimə meydançasına aparılacaq. Arxa şüşələrdə plyonkadan, pərdədən və jalüzdən istifadəyə heç bir qadağa yoxdur".