Estoniya BMTnin miqrasiya haqqında sazişini dəstəkləməkdən imtina edib


Dünya 16 Noy 2018 08:40:00 240 0

Estoniya BMTnin miqrasiya haqqında sazişini dəstəkləməkdən imtina edib

Estoniya höküməti BMT-nin miqrasiya haqqında qlobal sazişini dəstəkləməkdən imtina edib və bu, respublikanın sazişə qoşulmaqdan imtina etməsi deməkdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir.

Qeyd edək ki, BMT-nin təhlükəsiz, qaydaya salınmış və tənzimlənən miqrasiya haqqında ümumdünya sazişi bu ilin iyul ayında BMT-yə üzv dövlətlər tərəfindən, ABŞ-dan başqa, razılaşdırılıb.