Konqoda 7 BMT sülhməramlısı öldürülüb


Dünya 16 Noy 2018 08:21:00 228 0

Konqoda 7 BMT sülhməramlısı öldürülüb

Konqo Demokratik Respublikasında BMT sülhməramlıları və Birləşmiş Demokratik Qüvvələr təşkilatının üzvləri arasında silahlı toqquşmalar olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayənsdəsi Stefan Cüjarrik bildirib.

Onun sözlərinə görə, toqquşmalar nəticəsində 7 BMT sülhməramlısı həlak olub, 10-u yaralanıb, 1-i isə itkin düşüb.