Alimlər planetimizin "böyük bacısı"nı kəşf etdilər


Digərləri 16 Noy 2018 08:12:00 247 0

Alimlər planetimizin "böyük bacısı"nı kəşf etdilər

Avropa astronomları Barnarda ulduzunun ətrafında dövr edən yeni planet kəşf ediblər.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə geniş məqalə "Nature" jurnalında dərc edilib. Londondakı Mariya Kral universitetinin alimi Gilyem Anqlada-Eskude bildirib ki, Barnarda ulduzu astronomlar arasında pis şöhrətə malikdir. Çünki dəfələrlə onun yanında planet olduğu bildirilsə də, sonradan bu bəyanatlar təkzib edilib.

İki il əvvəl Anqlada-Eskude və həmkarları Proksima Sentavra bürcündə Yerə bənzər planet kəşf etdilər. Əvvəlcə onlar düşünürdülər ki, Proksima b bizə yaxın olan daş planetdir. Bu gün isə planetoloqların əksəri düşünür ki, planetin səthində canlı həyatın olması mümkün deyil.