"Konsert sonrası tamaşaçılar ayaq üstə alqışladılar"


Şou-biznes 16 Noy 2018 08:18:00 268 0

"Konsert sonrası tamaşaçılar ayaq üstə alqışladılar"

Bəyimxanım Vəliyeva: "Vətənimi belə bir festivalda təmsil etmək mənim üçün şərəfdir"

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Festival bir ölkənin tanınmasında böyük rol oynayır. Əslində isə festival bir bayramdır. Hələ bu, sərhəd tanımayan, din, dil, irq fərqi qoymayan musiqinin festivalıdırsa, o zaman ikiqat bayramdır. Beynəlxalq festivallarda iştirak etmək isə dünyaya açılan qapıdan vətənin təbliğatının sənin əllərində olması deməkdir. Son illər tanınmış xanəndələrimizin, musiqi aləmindəki sənətkarlarımızın səsi məhz belə festivallardan eşidilir. Bu dəfə isə gənc xanəndəmiz, Əməkdar artist Bəyimxanım Vəliyevanın növbəti bir beynəlxalq festivalda çıxış etdiyini eşitdik. Onunla əlaqə saxladıqda, xanəndə artıq vətənə yola düşürdü. Müasir texnologiyanın verdiyi imkanlardan istifadə edərək Qüdsdə olan ifaçı ilə əlaqə saxladıq, səfərin səbəbini soruşduq:    - Noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq "Ud" festivalında iştirak etdim. Artıq 3-cü dəfədir ki, bu festivala dəvət alıram və ölkəmizi belə mötəbər bir festivalda təmsil edirəm. Dünyanın diqqətində olan və ətrafına böyük auditoriya cəm edən belə bir festivalda iştirak etmək, orada öz ölkəni təmsil etmək həqiqətən böyük bir şərəf, eyni zamanda məsuliyyətdir. Mən bu dəfə həmin festivala Azərbaycandan tək qatılmışdım. Festivalda israilli musiqiçilərlə birlikdə saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış etdim.     - Sintez muğam proqramına hansı musiqilər daxil idi?    - Festivalda məni İsrail musiqiçiləri müşayiət edirdi. Xalq və bəstəkar mahnılarımızı ifa etdim. Belə ki, "Getmə-getmə" xalq mahnısını, "Bəstə Nigar", Hacıbaba Hüseynovun repertuarından "İki sevda çəkənlərin cəzası var" təsniflərini və sair repertuara daxil etmişdim. İsrail musiqiçilərindən məşhur instrumentalist Markın bəstələdiyi bir mahnını səsləndirdim. Orada Azərbaycanı təmsil etdiyim üçün bildirdim ki, burada Azərbaycan sözləri də mütləq olmalıdır. Həmin mahnı sırf instrumental musiqi idi. Həmin mahnıya bizim gözəl qəzəlxanımız Şəhriyarın sözlərini əlavə etdim. Onların 2 improvizələri var idi ki, mən orada muğamlar səsləndirdim. Həqiqətən də çox fərqli və maraqlı bir proqram oldu. Təəssüratlarım xoşdur və bu konsertdən böyük ruh yüksəkliyi ilə geri dönürəm.    - Bu sintez ifa tamaşaçılar tərəfindən necə qarşılandı?   - Konsert sonrası tamaşaçılar ayaq üstə alqışladılar və məni ikinci dəfə səhnəyə dəvət etdilər. Yenidən ifa etməyimi xahiş etdilər. Zalda əyləşən tamaşaçılar bu konsertdən böyük zövq almışdılar. Onlar konsert sonrası da öz xoş təəssüratlarını səsləndirdilər. Azərbaycan muğamına böyük maraqlarının olduqlarını söylədilər. Onu qeyd edim ki, İsrail tamaşaçıları həddindən artıq həssasdırlar. Musiqini sevirlər və keyfiyyətli musiqiyə dəyər verməyi bacarırlar. Onlar bir növ musiqi fanatıdırlar.   - Festivalda hansı ölkələr iştirak edirdi?

- "Ud" festivalına Hindistan, İraq, Gürcüstan, Amerika, İsrail, Kanada və bir çox ölkələrdən iştirakçılar qatılmışdı. Məndən öncə ölkəmizin görkəmli sənətkarı, Xalq artisti Alim Qasımov Azərbaycanımızı bu festivalda təmsil edib. Ondan sonra mən dəvət aldım. Məhz bu sintez şəklində. 2015-ci ildə bu festivalda iştirak edəndə Azərbaycandan istedadlı tarzənimiz Malik Mansurov da iştirak edirdi. Bu dəfə Azərbaycandan tək mən iştirak etdim.

- Festivallar sizə nə qazandırır?


Xəbərə aid fotolar