Geologiya və Geofizika İnstitutu: Vulkanların aktivləşməsi zəlzələ olacağından məlumat verir


Digərləri 16 Noy 2018 08:03:00 240 0

Geologiya və Geofizika İnstitutu: Vulkanların aktivləşməsi zəlzələ olacağından məlumat verir

Vulkanların aktivləşməsi bizə zəlzələnin olacağı haqqında məlumat verir.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

A.Əliyev apardıqları tədqiqatlara əsasən qeyd edib ki, güclü zəlzələ palçıq vulkanını oyadır.

Alimin sözlərinə görə, vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Vulkanın kraterində kütlənin aktiv axıntısının olması yaxın vaxtlarda vulkana yaxın ərazidə zəlzələnin baş verəcəyini söyləməyə imkan verir: