Beynəlxalq koalisiya Suriyaya zərbələr endirdi:


Dünya 16 Noy 2018 07:58:00 270 0

Beynəlxalq koalisiya Suriyaya zərbələr endirdi:

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr ez-Zor vilayətinin iki kəndinə endirdiyi hava zərbələri nəticəsində 23 nəfər ölüb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə SANA agentliyi yerli mənbəyə istinadən məlumat yayıb.

"Beynəlxalq koalisiyanın Bu-Badran və As-Susa kəndlərinə endirdiyi hava zərbələri nəticəsində 23 dinc sakin həlak olub. Daha bir neçə ev dağılıb", - deyə agentlik bildirib.