Meyxanaçılar arasında qalmaqal VİDEO


Şou-biznes 16 Noy 2018 07:35:00 240 0

Meyxanaçılar arasında qalmaqal  VİDEO

Meyxanaçılar arasındakı qalmaqal bitmir. Bu dəfə Vüqar Əbilovla Ehtiram və İntiqam qardaşları mübahisə edib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, qardaşlar "Səhər-səhər" proqramında Vüqarın özünü reklam etməyə çalışdığını deyiblər:

"Vüqar Əbilovla üz-üzə gəlmişik, ikinci dəfə bunu istəmirəm. Ürək bulandıran sözlər var. İstəmirik buna qarışaq. Hər aşığın öz dövranı var. Qabağa gedəni ayağından çəkməyə çalışırlar. Bu da alınmaz. Şabaş yığmaq üçün toya gedirlər. Bunlara qarışmırıq.

Ağsaqqal meyxana deyənlər öz işlərini görür. Vüqarın xətrini çox istəyirəm, toylarda aparıcılıq edir. Amma çıxıb efirdə danışmaq yersizdir. Özümüzə zəng vurub deyin, efirdə reklam etməyin. Gündəmdə qalmaq üçün parlayanı pisləyirlər. Kimsə məclisə çox gedirsə, köhnələr qısqanmağa başlayır".