Alp dağlarında xizək sürmək istəyənlər bu il daha çox pul xərcləməli olacaqlar


Digərləri 16 Noy 2018 02:30:00 331 0

Alp dağlarında xizək sürmək istəyənlər bu il daha çox pul xərcləməli olacaqlar

Qış mövsümü yaxınlaşdıqca xizək sürmək istəyənlər ilk qarın yağmasını həvəslə gözləyirlər. Lakin bu il Alp dağlarında xizək sürmək eşqində olanlar əllərini ciblərinə daha dərin salmalı olacaqlar, çünki qiymətlər getdikcə bahalaşmaqda davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İstehlakçılara İnformasiya Cəmiyyəti yayıb. Avstriya, Almaniya (Bavariya), Şimali İtaliya (Cənubi Tirol) və İsveçrədə yüzdən artıq xizəksürmə mərkəzlərinin qiymətlərini müqayisə edən təşkilat ötən illə müqayisədə bu il günlük giriş kartlarının orta hesabla 2,8 faiz, 6 günlük kartların isə 3,4 faiz bahalaşdığını müəyyən edib.

Avstriyada ən bahalı xizəksürmə regionu ənənəvi olaraq Kitzbühel qəsəbəsi olub. Ümumilikdə 215 kilometr uzunluqda xizəksürmə zolaqlarına sahib olan bu elitar regionda bir günlük giriş kartının qiyməti 57 avroya yüksəlib (ötən il 55 avro).