Günün qoroskopu: Yeni layihəyə başlamaq, sifariş qəbul etmək olar


Digərləri 16 Noy 2018 00:01:00 256 0

Günün qoroskopu: Yeni layihəyə başlamaq, sifariş qəbul etmək olar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - münaqişəli situasiyalar yaransa da, onları tezliklə çözə bilərlər. Yeni layihəyə başlamaq üçün münasib zamandır. İşdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın. İdeyalarınızı tərəfdaşlarınız və müttəfiqləriniz bəyənəcəklər.

Riskli əməliyyat belə, gəlir verəcək.

Günün ikinci yarısında rəqiblərin itkilərindən faydalanın. Quraşdırma, inşaat sahəsində çalışanlar irəliləyişə bel bağlaya bilərlər.

Yaxınlarınızla münasibətlərdə sakit, təmkinli olun. Situasiyadan bəhrələnərək ədaləti bərpa edin. Amma kəskin mübahisələrə qatılmayın.

Buğa - yaxın gələcəklə bağlı planlarda dəqiqləşdirmələr aparın. Zəruri informasiyanı arayın. Sizi narahat edən suallara cavab tapın. Çətin işə başlamaqdan qorxmayın. Qüvvənizə güvənin. Diqqətlə və inadla işləsəniz, ən mürəkkəb məsələləri həll edə bilərsiniz.

Günün ikinci yarısında paltar almayın.

Şəxsi münasibətlərdə harmoniya və sakitliyi qoruyun. Yaxınlarınız dediklərinizə qulaq asacaqlar. Axşam saatlarını inandığınız, etibar etdiyiniz insanlarla keçirin.

Normal istirahət etməyə can atın.

Əkizlər - ikiüzlü, məkrli insanlardan uzaq durun. Onların şayiələrinə, dedi-qodularına inanmayın. Mübahisə etməyin, haqlı olduğunuzu hər vəchlə sübuta yetirməyə can atmayın. İşgüzar tərəfdaşlarla münasibətlərə yenidən baxın. Həmkarlarla əlaqələri yeniləyə bilərsiniz.

Günün ikinci yarısı anlaşma və sövdələşmə, habelə müqavilələrin imzalanması üçün münasibdir.

Uzaq yola çıxmayın.

Axşam saatlarını sevdiyiniz insana ayırın. Müəyyən fikir ayrılıqları olsa da, səbrli davranın. Enerji səviyyəniz yüksəkdir.

Xərçəng - qüvvə və resurslarınızı qoruyun. Emosional və maddi baxımdan itkilərə imkan verməyin. Yaxın ətrafınızdakı insanlar üçün ildırımötürən olmayın. Məsuliyyətli, mühüm görüş və ya işdə rəhbərliklə danışıqlar zamanı deyil. Sizi tələsik, təcili qərar qəbul etməyə vadar etmək istəyirlərsə, başqasının təsiri altına düşməyin.

Günün ikinci yarısında təmkinli davranın.

Ailə qayğıları əlavə xərclər tələb edir. Problemi həll etmək üçün müstəqil fəaliyyət göstərin, təkbaşına çalışın. Yaranmış situasiyanı dəyərləndirin. Enerjiniz çox deyil. Yuxusuzluq ola bilər.

Şir - idealist davranıb mənasız və səbəbsiz xeyriyyəçilik etsəniz belə, yardıma ehtiyacı olana kömək gözəldir. Peşəkar fəaliyyət sahəsindəki çətinliklərin orijinal həllini tapın. Sürpriz, qəfil xəbər istisna deyil.

Günün ikinci yarısında alış-verişdə yalnız ehtiyac duyduğunuz əşyaları alın.

Yaxşı görünün, qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaradın. Parlayın, uğur qazanın. Şəxsi münasibətlərdə yeniliklər üçün münasib zamandır.

Qız - günün ilk yarısı uzunmüddətli səfərlər və ezamiyyət üçün əlverişli deyil. Kimisə aldatmağa cəhd göstərməyin. Hiyləniz üzə çıxacaq, utanacaqsınız. Peşəkar fəaliyyət sahəsindəki mövqelərinizi qoruyun. Risklərə yol verməyin.

Günün ikinci yarısında tanışlarla, qonşularla kiçik anlaşılmazlıqlar ola bilər.

Yaxınlarınızla təmaslarda səbrli olun. Onların nə istədiklərini, niyə məhz belə addımlar atdıqlarını anlamağa çalışın. Uşaqlara xüsusi diqqət yetirin.

Alış-verişdə çox pul xərcləməyin.