Uşağin tərbiyəsində vədə


Digərləri 15 Noy 2018 23:55:00 245 0

Uşağin tərbiyəsində vədə

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

أحِبُّوا الصِّبيانَ وَارحَموهُم ، وإذا وَعَدتُموهُم شَيئا فَفوا لَهُم ؛ فَإِنَّهُم لا يَدرونَ إلاّ أنَّكُم تَرزُقونَهُم.

"Uşaqları sevin, onlarla mehriban olun və onlara vəd verdikdə, əməl edin ki, onlar sizin vasitənizlə ruzi yediklərini təsəvvür edirlər." ("Əl-kafi", 6-cı cild, səh. 49, hədis 3; "Təhzibul-əhkam", 8-ci cild, səh. 113, hədis 389.)

İmam Kazim (ə) də buyurmuşdur:

إذا وَعَدتُم الصِّبيانَ فَفوا لَهُم ؛ فَإِنَّهُم يَرَونَ أنَّكُم الّذينَ تَرزُقونَهُم، إنَّ اللّه َ عز و جل لَيسَ يَغضَبُ لِشَيءٍ كَغَضَبِهِ لِلنِّساءِ وَالصِّبيانِ .

"Uşaqlara vəd verdikdə, ona sadiq qalın ki, onlar sizin vasitənizlə ruzi yediklərini güman edirlər. Şübhəsiz, Allah-Taala qadınlar və uşaqlara görə qəzəbləndiyi kimi, heç bir şeyə qəzəblənmir." ("Əl-kafi", 6-cı cild, səh.50, hədis 8; "İddətüd-dai", səh.75.)