Azərbaycan neftinin


Digərləri 15 Noy 2018 23:59:00 291 0

Azərbaycan neftinin

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 67,81 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,39 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 66,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 14-də 62,82 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.