Kaliforniyada yanğınla mübarizə davam edir


Digərləri 15 Noy 2018 23:35:00 295 0

Kaliforniyada yanğınla mübarizə davam edir

Kaliforniya ştatının şimal və cənub bölgələrində yanğınlardan sonra itkin düşən yüzlərlə insanın axtarışı davam etdirilir. Çoxu Kamp yanğınında olmaqla, 48 nəfər həyatını itirib, 220 min insan evindən didərgin düşüb.

Cəsədlərin çoxu Kaliforniyanın şimalındakı Paradays şəhərində yanmış evlərdə və avtomobillərdə aşkar edilib. Yanğınısöndürənlər 50 min hektar sahəni əhatə edən yanğını söndürməyə çalşıır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki,yanğınsöndürənlərin çoxu 7 min 500 evin və digər tikililərin yandığı bölgədə yaşayır. Batalyon başçısı Mət Vallen: "Mənim yaşadığım kiçik bir məhəllədəki sakinlərin yarıdan çoxu şəxsi evini itirdi. Bizim hamımıza böyük maddi ziyan dəyib."

Kaliforniyanın cənubunda Volsi yanğını Los-Ancelesin yaxınlığında davam edir. Yanğınsöndürənlər Malibuda çox bahalı evlər də daxil olmaqla, 435 tikilinın tamamilə yandığını bildirir. Los-Ancelesin Əyalət Yanğınsöndürmə İdarəsinin rəisi Darel Osbi: "Yanğının vurduğu zərərin miqdarını dəqiq öyrənmək üçün onlara daha bir neçə gün lazımdır. Mənim hesablamalarıma görə isə rəqəmlər əhəmiyyətli dərəcədə çox olacaq."