Uşaq ağlayırsa, anası namazı yarımçıq kəsib onun yanına gedə bilərmi?


Digərləri 15 Noy 2018 23:40:00 333 0

Uşaq ağlayırsa, anası namazı yarımçıq kəsib onun yanına gedə bilərmi?

Namaz möminin sanki Allahla görüşü kimidir. Bu vacib ibadəti üzürsüz yerə yarımçıq kəsmək və pozmaq olmaz. Şəriətimizdə namazı yarımçıq kəsməyə icazə verən bəzi hallar göstərilib. Məsələn, insanın namaz əsnasında dəstəmazı pozulsa, o namaz qıldığı zaman borclu olduğu şəxs gəlib dərhal öz borcunu tələb etsə, həyat üçün təhlükə yaransa və s. Uşaq əgər körpələrə xas olan qaydada ağlayırsa (məsələn, acından və ya yuxusuzluqdan), bu halda ana namazını qısa şəkildə (yəni müstəhəb əməllərə vaxt ayırmadan, yalnız vacibatı yerinə yetirərək) qılandan sonra uşağın yanına gedə bilər. Yox, əgər uşağın ağlaması ciddi bir səbəbə əsaslanırsa, məsələn, uşaq çox ciddi şəkildə yıxılıb möhkəm əzilibsə, yanıbsa və ya zərərli həşərat onu dişləyibsə, bu halda onun həyatı təhlükə altında olduğu üçün ana namazı yarımçıq kəsib uşağı ilə məşğul ola bilər.