İnsaflı olmaq nə deməkdir?


Digərləri 15 Noy 2018 23:10:00 493 0

İnsaflı olmaq nə deməkdir?

Çox zaman insanlar bir-birlərinə deyirlər ki, insaflı olun. Bəs bu sözün mənası nədir? İnsanlar nəyi nəzərdə tuturlar?

İnsaf elə bir kəlmədir ki, ədalət və ehsan mənasını verir. Yəni, zülm və təcavüz sözünün antonimidir. Yəni, dinin buyurduğu hökmlərin ardınca getməkdir, nəfsi istəklərin deyil.

İnsaf - yəni Quran. İnsaf - yəni Peyğəmbərin (s) sünnəti. Quran buyurur: "Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai)ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz". ("Nəhl" 90).

İmam Əli (ə) bu ayənin təfsirində buyurmuşdur: "Allah qohumlara qarşı ədalət və ehsana göstəriş verir, fəhşanı, çirkin əməlləri və zülmü qadağan edir ki, nəsihət alan olasınız".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmamın (ə) bu ayədə təfsir etdiyi ədalət sözünün mənası insafdır. Ehsan dedikdə isə bəxşişi nəzərdə tutur.

Ona görə də deyə bilərik ki, insaflı olmaq dedikdə, ədalətli olmaq nəzərdə tutulur.