Bir şəxsi maşın vurub ölərsə, bu, əcəldir ya ehtiyatsızlıqdır?
Digərləri 15 Noy 2018 22:45:00 244 0
İnsanın ölümünün hansı səbəb üzündən baş verdiyini dəqiq və qəti şəkildə söyləmək çətindir. Məlum olan budur ki, bütün ölümlər Allahın təyin etdiyi əcəl üzərində baş verir və əcəldən kənar ölüm olmur.
Son.az islam.az-a istinadən bildirir ki, istənilən ölüm hadisəsinin müxtəlif səbəbləri ola bilər: bu ölüm insanın etdiyi günahlara görə verilmiş cəza da ola bilər, onu gələcəkdə baş verəcək daha böyük bir fəlakətdən (məsələn, küfr halında ölməkdən) qorumaq üçün də baş verə bilər, həmin şəxsin əli ilə törədiləcək böyük bir faciənin qarşısını almaq üçün də olması mümkündür. Allahın hikmətinə bağlı olan digər səbəblər də ola bilər; mümkündür ki, biz bu səbəbləri dərk etmirik. Hər bir halda qəza nəticəsində dünyasını dəyişənin yaxınları bu müsibəti səbirlə qarşılamalı və mərhumun günahlarının bağışlanması üçün dua etməlidirlər.
Mənbə: milli.az