Fransızlar Cocuq Mərcanlıda FOTO


Digərləri 15 Noy 2018 22:34:00 299 0

Fransızlar Cocuq Mərcanlıda  FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə qonaq gəlmiş Fransa Azərbaycan Dostları Assosiasiyasının nümayəndə heyəti noyabrın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

Dövlət Komitəsinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlarla görüşdə kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Qeyd edilib ki, burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir.


Xəbərə aid fotolar