ABŞın ən təhlükəli ştatı Alyaskadır


Digərləri 15 Noy 2018 22:35:00 224 0

ABŞın ən təhlükəli ştatı Alyaskadır

24/7 Wall Street biznes veb saytına əsasən Alyaska ABŞ-ın ən təhlükəli ştatıdır. Bu ştat zorlama və hücumlar baxımından ən yüksək göstəricilərə malikdir.

Alyaskada 2017-ci ildə hər 100 min nəfərin payına 117 zorlama və 575 hücum düşüb. Ötən il bu ştatda qətl göstəriciləri əvvəlki illə müqayisədə 20 faiz artıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Nyu-Meksiko ştatı ikinci yerdədir. Bu ştatda hər 100 min nəfərə qarşı 784 zorakılıq, qətl, zorlama, oğurluq və hücum qeydə alınıb. Bu isə milli göstəricilərdən 394 insident artıqdır. 3-cü ən təhlükəli Tennisi ştatında hücumlar iki dəfə artıb. Burada hər 100 min nəfərə qarşı 1000-dən artıq cinayət qeydə alınıb.

Luizina və Nevada da təhlükəli beşlikdə yer alır.