Venesuelalı nazir OPECin prezidenti olacaq


Digərləri 15 Noy 2018 22:37:00 213 0

Venesuelalı nazir OPECin prezidenti olacaq

Venesuelanın neft naziri Manuel Kevedogələn il yanvarın 1-dən OPEC-in prezidenti vəzifəsinin icrasına başlayacaq. Bu barədə Venesuelanın Neft Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, M.Kevedo Əbu-Dabidə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ ilə bağlı OPEC baş katibi Məhəmməd Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşlər keçirb.