Xüzu və xüşu halı nə deməkdir?


Digərləri 15 Noy 2018 22:15:00 354 0

Xüzu və xüşu halı nə deməkdir?

Bunlar İslam əxlaqına aid olan terminlərdir və müsəlmanın Allah qarşısında vəziyyətini əks etdirir. Xüsusilə, namaz və sair ibadətlər zamanı insanın xüzu və xüşu halında olması bəyənilir. Xüzu - özünü əskik saymaq, təvazökarlıq etmək, əyilmək, öz nəfsini, mənəm-mənəmliyini əzmək deməkdir.

Son.az islam.az-a istinadən bildirir ki, insan Allah qarşısında daim bu halda olmalıdır. Allahın ucalığını və qüdrətini bütün davranışları ilə təsdiq etməyə çalışmalı, bunun müqablində öz acizliyini etiraf etməlidır. Xüşu isə qorxu mənasında anlaşılır. Yəni həmişə Allahın nəzarəti altında olduğunu, bütün pis əməllərinə görə mütləq Allaha cavab verəcəyini anlamaq, bu düşüncəyə yiyələnmək. Namaz zamanı xüzu və xüşu halında olan şəxsin diqqəti kənara yönəlməz, o, bütün diqqətini ibadətə verər, çünki böyük qüdrət qarşısında durduğunu anlayar. Hətta namaz zamanı insanın öz duruşu ilə də xüzu və xüşuya riayət etməsi tövsiyə olunur.