Urmiyədə pantürkizmdə ittiham edilən fəal


Dünya 15 Noy 2018 22:03:00 230 0

Urmiyədə pantürkizmdə ittiham edilən fəal

Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə İran İnqilab Məhkəməsi daha əvvəl qiyabi olaraq mühakimə etdiyi türk fəal Ulduz Qasımi Baldırlıya qarşı bir il həbs hökmü çıxarıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) surətini nəşr etdiyi məhkəmə sənədinə istinadən, Ulduz (Mədinə) Qasımi Baldırlı "rejimə qarşı təbliğat fəaliyyəti" ilə günahlandırılıb.

Hökmdə yazılanlara görə, "təhlükəsizlik qurumunun hesabatı", "müttəhimin 2006 nümayişlərində ölənlərdən birinin məzarı önündə nitq söyləməsi" və "pantürkizm və separatçılığa dair fəaliyyətlərə qatılması" fəala qarşı irəli sürülən ittihamın sübutu üçün əsas gətirilib.

Ulduz Qasımi may ayında bir neçə digər fəalla bərabər 2006-cı il may qiyamının ildönümü münasibəti ilə Urmiyədə mərhum Fərzad Əsədpurun məzarı önünə toplanmışdılar.