Britaniyanın Brexit katibi Dominik Raab istefa verib


Dünya 15 Noy 2018 22:04:00 202 0

Britaniyanın Brexit katibi Dominik Raab istefa verib

Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı parlamenti razı salmaq kimi cətin bir vəziyyətdə olan Britaniyanın baş naziri Tereza Mey bir daha kəskin mövqedən çıxış edib.

Baş nazir saziş layihəsini parlamentdə müdafiə edərək deyib ki, o, "düzgün, Lakin asan olmayan qərarlar" verib.

Britaniya hökumətinin bir neçə naziri Avropa İttifaqı ilə əldə edilən Brexit razılaşması layihəsinə etiraz olaraq istefa verib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Brexitin istefa verən katibi Dominik Raab etirazını bildiridiyi bəyanatını açıqlayıb.

Raab əsasən Britaniyanın Şimali İrlandiya və Aİ-nın üzvü İrlandiya ilə gömrük birliyinin əleyhinədir.