Almaniyada su böhranı


Dünya 15 Noy 2018 22:07:00 233 0

Almaniyada su böhranı

İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava şəraiti nəticəsində təkcə qasırğalar olmur, hərdən tam tərsi də baş verir. Almaniyada qızmar və quru keçən yay fəsli səbəbilə su səviyyələri ən aşağı yerdədir və bu problem bütün iqtisadiyyata təsir göstərir.

Almaniyanın daxili su yolları iqtisadi arteriyalar kimi xidmət göstərir. Onlar vasitəsilə Almaniyanın dəniz limanlarından daxili ərazilərinə milyonlarla dollar dəyərində məhsul nəql olunur.

Lakin bu il suların səviyyəsi tarixi baxımdan çox aşağı, bəzi hallarda hətta 20 santimetrdən belə az olub.

Bu isə malları ölkənin daxilinə nəql etməyi çətinləşdirir, çünki qayıq və gəmilər suyun altındakı qayalara dəyməmək üçün yüngül olmalıdır.

"Hazırda Reynə doğru yola düşən gəmilər malları nəql etmək üçün səhər-axşam işləyir, amma su səviyyəsi normal olsa, çox az sayda gəmiyə ehtiyac olacaqdı. Hazırda üzə bilən, batmayan hər şey mallarla doldurulur", Köln Su Yolları və Daşınma idarəsindən Rolf Nagelşmidt bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu təkcə ölkənin iç böləglərində məhsul çatışmazlığına gətirib çıxarmır, həm də qiymətlərin artmasına səbəb olur, çünki məhsulları nəql etmək üçün daha çox gəmi və yanacaqdan istifadə olunur.