Bakıdakı böyük tıxacın


Digərləri 15 Noy 2018 21:51:00 228 0

Bakıdakı böyük tıxacın

Ötən gün axşam saatlarında Babək prospektindən Qara Qarayev istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, tıxac müşahidə edilib.

Son.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, tıxac səbəbindən ətraf yollarda da nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtobusların intervalında gecikmələr olub. Mövcud vəziyyətin yaranmasına səbəb, Babək və Qara Qarayev prospektlərinin kəsişməsində körpüdə aparılan təmir işləridir.

Əvvəlcədən müvafiq qurum tərəfindən məlumatlandırma aparılmadığından körpü üzərində hərəkət məhdudlaşdırılıb və nəticədə qeyd edilən problemlər yaranıb.