Tutduğu mövqeyə layiq olduğunu özünə sübut etməyə çalışanlar


Digərləri 15 Noy 2018 21:49:00 247 0

Tutduğu mövqeyə layiq olduğunu özünə sübut etməyə çalışanlar

Elit şirkətlərdə on illər ərzində aparılan araşdırmalar nəticəsində bir məxsusi işçi tipi müəyyənləşib: olduqca bacarıqlı və kifayət qədər iddialı olan, lakin öz imkanlarını qənaətbəxş hesab etməyən işçilər.

"Hər görüşə getməmişdən qabaq, tutduğum mövqeyə layiq olduğumu özümə sübut etmək üçün narahatçılıq yaşayıram. Axmaq kimi görünəcəyəmmi və insanlar fasadın digər tərəfini görə biləcək və bunun əslində heç bir mənası olmadığını düşünəcəklərmi?"

Bu, Jeremy Newman-dır. Bu yaxınlara qədər Jeremy, dünyanın ən böyük mühasibatlıq şirkətlərindən biri - BDO-nun qlobal icraçı direktoru olub.

Hazırda o, mühüm dövlət orqanlarına və bir sıra digər təsisatlara sədrlik edir.

Hər bir halda o, professional həyatında son dərəcə uğurlu bir şəxsdir, bununla belə mənə daim kifayət qədər yaxşı olmadığı düşüncəsindən irəli gələn narahatçılığı barədə söz açır.

Və o, heç də tək deyil.

Liderlik və professional xidmət şirkətləri (hüquq və mühasibatlıq şirkətləri, məsləhətxana və investisiya bankçılığı kimi) üzrə apardığım 25 illik araşdırmam ərzində mükəmməl, uğurlu və üzdən özünəinamlı görünən çox sayda insanların özlərindən narazı olduğu ilə qarşılaşmışam.

Onlar "özündən narazı uğurlu karyera sahibləridir": olduqca bacarıqlı və kifayət qədər iddialı olan, lakin öz imkanlarını qənaətbəxş hesab etməyən işçilər.

Özündən narazı uğurlu karyera sahibləri haqqında son kitabım Aparıcı Professionallar: Güc, Siyasət və Prima Donnalar-ı (Leading Professionals: Power, Politics and Prima Donnas) yazdıqdan sonra, dünyanın hər tərəfindən bu ifadənin onları əks etdirdiyi söyləyən müxtəlif vəzifə sahibi çox sayda insandan fenomenal cavablar aldım.

Özündən narazı uğurlu karyera sahibləri bu cür doğulmurlar, böyüdükcə belə olurlar.

Bu vəziyyət xüsusilə də psixoloji, maliyyə və fiziki əminsizlik problemləri ilə dolu uşaqlıq keçirən insanlarda təzahür edir.

Özündən narazı uğurlu karyera sahibləri tez-tez yüksək rəqabətli mühitlərdə öz güclərinə şübhə ilə yanaşır və bunu kompensasiya etmək üçün daha da çox işləyirlər

Məsələn, qəfil və gözlənilməz kasıblığa məruz qalan uşaqlar böyüdükdən sonra, bunun yenindən yaşanacağı qorxusundan qurtula bilmirlər.

Bəzi uşaqlar isə yalnız fərqləndikləri zaman valideynləri tərəfindən qiymətləndirildiklərinə inanaraq böyüyürlər.

Özündən narazılığı şəxsiyyətlərinin bir hissəsi kimi özəlləşdirdiklərinə görə, bu münasibət uzun müddət - onlar böyüyüb, evdən ayrıldıqdan sonra da davam edə bilər.

Heç təəccüblü deyil ki, bu cür insanlar adətən iş üçün MBA məzunları axtarışında olan şirkətlər kimi elit professional şirkətlərə müraciətlər edirlər. Həmin şirkətlər də yeni işçilərinə, "biz ən yaxşı bizneslərik və bizimlə işləmək sizi də ən yaxşı edir" deyirlər.

Öz qiymətinə şübhə ilə yanaşan insanlar üçün bu, əla səslənir - ta ki, onlar gözləntiləri doğrultmayacaqları təqdirdə işdən atılacaqları barədə narahat olana qədər.

İnsanlar həmkarları ilə münasibətdə birbaşa müqayisə olunduqlarını bilirlər.

Amma həmkarlarının nə dərəcədə yaxşı işlədiyindən agah olmadıqlarına görə, özləri üçün yüksək standartlar müəyyənləşdirirlər.

Və sistem tərkibində hər kəs belə edir və standartlar daha da yüksəlir və yüksəlir, nəticədə də hər kəs daha çox işləməli olur.

Özündən narazı uğurlu karyera sahibləri üçün isə bu model dayanmadan davam edir.

Araşdırmam əsnasında bir məsləhətçi şirkətin baş icraçı direktorlarından biri iki həmkarını təsvir etmişdi.

Belə ki, onlara " 'Üzrlü say, yaxşı nəticə göstərə bilmirsən. İşdən ayrılmalısan' deyəcəyimi düşünürmüşlər... mən isə əvəzində, 'Nə danışırsan? Bəlkə bu gün evə daha tez gedəsən və ailənlə vaxt keçirəsən?' deyirdim.