"Vəliəhd şahzadənin jurnalistin qətlində əli yoxdur"


Dünya 15 Noy 2018 21:37:00 245 0

"Vəliəhd şahzadənin jurnalistin qətlində əli yoxdur"

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçı cinayəti ilə hər hansı bağlılığı yoxdur".

Son.az "Report"a istinadən bildirir ki, bunu Səudiyyənin xarici işlər naziri Adil əl-Cübeyr Ər-Riyadda keçirilən mətbuat konfransında vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.