Azərbaycana iş məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb


Digərləri 15 Noy 2018 21:39:00 263 0

Azərbaycana iş məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb

2018-ci ilin yanvar-oktyabr aylarında Türkiyə Məşğulluq Xidməti (İŞKUR) vasitəsilə Azərbaycana iş axtarmaq məqsədilə gələn Türkiyə vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 80,88 faiz azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Xidmətin Baş idarəsindən bildiriblər.

Qeyd olunub ki, göstərilən dövrdə Xidmətin dəstəyi ilə Azərbaycana 26 Türkiyə vətəndaşı gəlib. Bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 110 nəfər azdır.

İdarədən deyilib ki, 2018-ci ilin sentyabrında İŞKUR vasitəsilə Azərbaycana cəmi 4 Türkiyə vətəndaşı gəlib.