Əhali davadərmana təqribən 400 milyon manat xərcləyib


Digərləri 15 Noy 2018 21:19:00 235 0

Əhali davadərmana təqribən 400 milyon manat xərcləyib

2018-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 29,5 milyard manata bərabər olub.

Son.az Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələyib.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar- oktyabr aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

29 473,5

102,6

o cümlədən:

ərzaq məhsulları

13 514,9

102,3

içkilər və tütün məmulatları

1 265,5

100,5

toxuculuq məhsulları, geyim və ayaqqabılar

5 413,6

103,3