"Hicran"ın Orxanı: "Kənddən gəlmişdim, sevinirdim ki, məni televizorda göstərəcəklər" FOTO


Kriminal 15 Noy 2018 21:07:00 373 0

"Hicran"ın Orxanı: "Kənddən gəlmişdim, sevinirdim ki, məni televizorda göstərəcəklər"  FOTO

Əməkdar artist Bəhram Əliyevin Son.az-a müsahibəsi.

- Bəhram müəllim, uzun illər Musiqili Teatrda, Opera və Balet teatrında çalışmısınız. Teatrı tərk etməyinizə səbəb nə oldu?

- Uzun müddətdir ki, mən artıq səhnədən və sənətdən uzaqlaşmışam. Çünki ürəyimdən əməliyyat olundum, həkimlər dedilər ki, sənə həyəcan, stress olmaz. Səhnə də elə bir şeydir ki, sən istəsən də, istəməsən də bunları yaşayırsan. Ona görə də teatrı tərk etdim. Amma teatrın repertuarında olan bir çox tamaşalarda əsas rolları oynamışam.

- Sizi tamaşaçılar "Hicran" tamaşasındakı  Orxan rolu ilə daha yaxından tanıdılar. Bu obraza sizi necə dəvət gəlmişdi?

- Məndən əvvəl bu tamaşa bir neçə dəfə oynanılmışdı. Mən teatra gələndə gördülər ki, yaraşıqlı, cavan bir oğlanam. Dedilər ki, gəlin Orxan rolunu bu oğlana həvalə edək. Elə oldu ki, teatrdakı bədii şura da məni bu rola təsdiqlədi. Çünki o vaxt hər yoldan keçəni teatra götürmürdülər. Bu obrazı mənə həvalə edəndə həqiqətən də sevincimin həddi-hüdudu yox idi.

- Tamaşada rolları nəhəng sənətkarlar oynayırdı. Tamaşa vaxtı həyəcan keçirmirdiniz ki?

- Həqiqətən də bu rolu oynamaq həm böyük məsuliyyət idi, həm də sevinc. Öz-özümə deyirdim ki, görəsən necə olacaq? Birdən replikanı yerində vermərəm, mahnını yaxşı oxumaram. 3 tamaşa oynayandan sonra Şəmsi Bədəlbəyli gəlib dedi ki, bu əsl qızıl fondluq tamaşadır. Çünki 3 nəhəng aktyor hələm-hələm tamaşada ələ düşmür.


Xəbərə aid fotolar