OPECin yeni prezidentinin adı açıqlandı


Dünya 15 Noy 2018 20:58:00 220 0

OPECin yeni prezidentinin adı açıqlandı

Venesuelanın neft naziri Manuel Kevedo gələn il yanvarın 1-dən OPEC-in prezidenti vəzifəsinin icrasına başlayacaq.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə Venesuelanın Neft Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Qeyd olunub ki, M.Kevedo Əbu-Dabidə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ ilə bağlı OPEC baş katibi Məhəmməd Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşlər keçirb.