Faytonçu Nazim: "İkinci həyatımı yaşayıram"


Şou-biznes 15 Noy 2018 20:48:00 254 0

Faytonçu Nazim: "İkinci həyatımı yaşayıram"

Faytonçu Nazim noyabrin 29-da Heydər Əliyev Sarayında keçiriləcək "Darıxmışam, Bakıdan danış" adlı konserti ilə bağlı mətbuat konfransı keçirib.

Son.az Publika.ya istinadən xəbər verir ki, media nümayəndələrini Beynəlxalq Mətbuat Mərkəzində başına toplayan ifaçı qonaqların müxtəlif səpkili və rəngarəng proqramla qarşılaşacağını bildirib:

"İkinci həyatımı yaşayıram, həm də 50 illik yubileyimdir. Gecənin "Darıxmışam, Bakıdan danış" adlanmasının da bir mənası var. Türkiyədə müalicədə olarkən Bakı üçün darıxırdım. Təəssüf ki, orada Azərbaycan televiziyaları göstərmirdi, yalnız internet vasitəsi ilə xalq mahnılarımızı dinləmə imkanım olurdu. Vətənə dönər dönməz isə belə bir konsert proqramı ilə çıxış etmək qərarına gəldim".

Konsertlə bağlı danışan müğənni konsertdə tamaşaçıları bir çox sürprizlərin gözlədiyini qeyd edib: "Düşünürəm ki, konsert tamaşaçılara böyük zövq verəcək. Bu mənim müğənni kimi ilk solo konsertimdir. Buna görə də çox fərqli bir repertuar hazırlamışıq. Konsertə qatılan qonaqlar sözün əsl mənasında istirahət edəcək. Gecənin sürpriz qonağı isə Ísrailin taninmish müğənnisi Liora olacaq".


Xəbərə aid fotolar