ABŞ hökumətinin yadplanetlilərlə əlaqəsi üzə çıxdı


Dünya 15 Noy 2018 20:28:00 281 0

ABŞ hökumətinin yadplanetlilərlə əlaqəsi üzə çıxdı

1940-cı illərin sonunda ABŞ-ın Nyu-Meksiko ştatı ərazisində UNO-lar görünüb.

"Son.az ölkə.az-a istinadən bildirir ki, eyni dövrdə yadplanetli gəmilərin yerə enişi və qəzaları barədə də məlumatlar dolaşmağa başladı. Ən məşhur hadisə 1947-ci ildə qeydə alınıb. Bu, göyərtəsində yadplanetli meyitləri olan uçan aparatın Rassvel yaxınlığındakı rançoya düşməsidir. Amma məlumatlar gizlədildi. Sonra isə növbəti hadisə 1954-cü ildə baş verdi. Amerika hökuməti "Boz" irq adlandırılan yadplanetlilərlə əlaqəyə girdi.

Yadplanetlilərin gəmisi "Edvards" hərbi hava qüvvələrinin bazasına endi. Burada onları prezident Eyzenhauer qarşıladı. Bu zaman tərəflər arasında müqavilə imzalanıb. Bu barədə məlumatı admiral Klarinin hərbi-dəniz kəşfiyyatı komandasının keçmiş zabiti B.Kuper verib.

Keçmiş kəşfiyyatçı iddia edir ki, 1972-ci ildə iki hökumət hesabatını oxuyub. Hesabatlarda hökumət boz irqin müqaviləni heçə saymaqları barədə narahatçılığı əks edilib. "Majority" konferansı protokoluna və Kuperin iddialarına əsasən, müqavilədə yadplanetlilərin bizim işimizə qarışmayacağı, öz növbəmizdə də bizim onların təcrübələrinə müdaxilə etməyəcəyimiz əks edilib. Planetimizdə yadplanetlilərin mövcudluğunu gizli saxlamalıyıq. Bu müqavilənin digər bəndinə əsasən, boz irqin nümayəndələri ABŞ hökumətini yeni texnologiya ilə təmin etməli, eyni müqaviləni digər hökumətlərlə imzalamamalı idilər.

Yadplanetlilər qısa müddətli tibbi tərcübələr üçün insanları oğurlaya bilərlər. Amma bu zaman oğurlanan insanlara ziyan vurulmayacaq, oğurlandıqları yerə geri qaytarılacaqlar və baş verənləri xatırlamayacaqlar.

Müqavilə çərçivəsində ABŞ hökuməti və yadplanetlilər üçün yeraltı baza inşası da nəzərdə tutulmuşdu. Bu bazada texnologiya mübadiəsli baş verməli idi. Tezliklə məlum oldu ki, yadplanetlilər müqavilə şərtlərini pozurlar və daha çox insan oğurlayırlar. Eyni zamanda onlar nəsillərinin davamı üçün genetik materiala ehtiyac duyduqları üçün insan və heyvan oğurluğunu da artırırlar.

ABŞ hökuməti isə müvəqqəti olaraq buna göz yumur, dost münasibətlərini qoruyurdu. Bəs "boz"ların problemi nə idi və nə istəyirdilər? Bu irqin nümayəndələri marslıların sələfləri idilər. Evolyusiya prosesində emosional bədənlərini itirmişdilər və bunun nəticəsi olaraq da sevgi və sevgiyə aid hər şeyi unutmuşdular. Nəsil artımı təbii və arzulanan proses olmaqdan çıxmışdı. Elm buna əl atdı və irqin deqredasiyası başladı.  Eqoizm insanlara hakim kəsildi və nəticə olaraqda münaqişələr, müharibələr başladı. Bu isə planetin ekologiyasını məhv etdi.


Xəbərə aid fotolar