Kilsə divarında İsa Peyğəmbərin 1500 illik rəsmi tapıldı


Digərləri 15 Noy 2018 19:28:00 295 0

Kilsə divarında İsa Peyğəmbərin 1500 illik rəsmi tapıldı

İsrail ərazisindəki Nakab səhrasında Bizans dvöründən qalma bir kilsənin qübbəsinə çizilmiş İsa Peyğəmbərin portreti tapılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, VI əsrə aid əsəri Hayfa universitetinin sənət tarixçiləri və arxeoloqları incələməyə başlayıblar. Kilsə xarabalıqlarında kəşf edilən rəsmdə İsa Peyğəmbərin üzü və qısa, qıvrım saçları görünür.

Alimlər qeyd ediblər ki, rəsmin tapılması çox önəmli kəşfdir. Qısa saçlı ikonoqrafiya sənəti Misir və Fələstində geniş yayılıb. Sonra isə Bizansa keçib. Mütəxəssislər bildirirlər ki, Qərbdəki uzun saçlı və saqqallı İsa təsvirinin əksinə olaraq, rəsmdə qısa saçlı, uzun sifətli və uzun burnu olan insan təsvir edilib.


Xəbərə aid foto