Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir


Digərləri 15 Noy 2018 19:17:30 215 0

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir

Mərkəzi Bankın dəstəyi ilə keçirilən III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.

Bakı. Mərkəzi Bankın dəstəyi, Azərbaycan Banklar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin iştirakı ilə keçirilən "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, iki gün davam edəcək, 40 nəfərə yaxın beynəlxalq və yerli spikerin, 500 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib ki, forum əksər ölkələrin islahat gündəliklərinin ayrılmaz hissəsi olan iqtisadiyyatın, maliyyə xidmətlərinin rəqəmsallaşması kimi aktual məsələlərin müzakirəsinə həsr olunub. Uzunmüddətli iqtisadi inkişafın başlıca baza determinantlarından biri olaraq rəqəmsallaşma bütövlükdə müasir rəqəmsal texnologiyalar əsasında dövlət idarəetməsinin, biznesin inqilabi transformasiyası deməkdir. O, öz çıxışında qeyd edib ki, Azərbaycanda milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri, bir çox dövlət proqramları qəbul olunub, yaxın, orta və uzunmüddətli perspektiv üçün iqtisadiyyatın inkişaf hədəfləri müəyyənləşdirilib. Bu hədəflər arasında rəqəmsal iqtisadiyyat quruculuğu əhəmiyyətli yer tutur.