"Qızılları götürüb, 300 dollar saxlayıb"


Kriminal 15 Noy 2018 18:54:00 241 0

"Qızılları götürüb, 300 dollar saxlayıb"

Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Əliyevanın evindən oğurluq edilib.  Son.az axşam.az-a istinadən xəbər verir ki, "Bizimləsən" verilişində bununla bağlı süjet yayımlanıb. Bildirilib ki, oğrular qapını açarla açıblar, evi, sanki, tanıyırmışlar kimi hərəkət ediblər. 15 min manat dəyərində zinət əşyalarını götürüblər. Qabda cəmi bir üzük saxlayıblar. Evdəki 500 dolların 200-nü və 300 manatını götürüblər.  Ülviyyə isə oğurluqdan sonra qorxduğunu bildirib: "4 aydır toyumuz olub, ilk dəfə evdə olmadıq. Qəribə oğurluqdur. Evə girib qızıllara baxana kimi bilmədim ki, oğru gəlib. O qədər rahat işləyiblər ki. 15 min deyilir, amma 24,500 manatlıq qızılım gedib. Götürülən əşyalardan çox, evə oğru girməsinə narahatam. Anamın mənə verdiyi üzüyü saxlayıblar. Bir də 300 dollar pul qoyublar".

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin: