Rusiya XİN: Xəzəryanı ölkələr arasında əməkdaşlıq barədə qərarlar tam şəkildə icra olunur


Siyasət 15 Noy 2018 18:31:00 264 0

Rusiya XİN: Xəzəryanı ölkələr arasında əməkdaşlıq barədə qərarlar tam şəkildə icra olunur

Xəzəryanı ölkələr arasında əməkdaşlıq barədə qərarlar tam şəkildə icra olunur.

Son.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Trend-in avqust ayında Xəzərin statusu barədə sammitdə əldə olunmuş razılaşmaların icrası haqqında sualına cavab verərkən deyib.

O bildirib: "Biz Xəzər dənizi ilə bağlı beştərəfli əməkdaşlığın dinamik inkişafını məmnuniyyətlə müşahidə edirik. Bu, avqustun 12-də Aktauda baş tutmuş sammitdə əldə olunan nəticələr sayəsində mümkün olub".

M.Zaxarova qeyd edib ki, Xəzəryanı ölkələrin liderləri tərəfindən qəbul edilmiş qərarlar reallaşdırılır:

"Bütün bunlar tam şəkildə həyata keçirilir. Xəzəryanı ölkələrdə konvensiyanın ratifikasiyası prosedurlarına start verilib. Xəzərdə əməkdaşlığın müxtəlif aspektlərinin monitorinqi üçün yaradılan xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun iclası hazırlanır. Bu formatda ilk görüşün yaxın zamanlarda Bakıda keçiriləcəyi nəzərdə tutulur".

Son.az