Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək


Digərləri 15 Noy 2018 18:23:00 266 0

Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək

Bakı Ekspo Mərkəzində 1-ci Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya “Caspian Realty” sərgisi keçiriləcək.

Bakı. 20-22 fevral 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 1-ci Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya “Caspian Realty” sərgisi keçiriləcək. Trend-in məlumatına görə, sərginin məqsədi Azərbaycanın daşınmaz əmlak bazarının inkişafına yeni təkan vermək, sektora yerli və xarici investisiyalar cəlb etmək, yeni beynəlxalq əməkdaşlıqların qurulmasına və təcrübə mübadiləsinin aparılmasına zəmin yaratmaq, ölkəmizdə və xüsusən paytaxtda həyata keçirilən çox sayılı maraqlı layihələri eyni məkanda nümayiş etdirmək, unikal işgüzar mühit yaratmaqdır. Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə rəsmi dəstək göstərirlər. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir. Sərgidə daşınmaz əmlakın tikintisi və satışı ilə məşğul olan, eləcə də maliyyə, hüquq, məsləhət və dizayner xidmətləri göstərən yerli və xarici şirkətlər, o cümlədən müxtəlif daşınmaz əmlak sektorlarını təmsil edən yüksək ixtisaslı mütəxəssislər, investorlar və dövlət strukturlarının nümayəndələri iştirak edəcəklər. “Caspian Realty 2019” sərgisində kommersiya təyinatlı, eləcə də mənzil, ticarət və şəhərətrafı daşınmaz əmlak obyektləri ilə yanaşı, müxtəlif investisiya layihələri və dizayner xidmətləri də təqdim olunacaq.