İranda güclü yağış: 203 nəfər "xəstəxanalıq oldu"


Digərləri 15 Noy 2018 17:52:00 236 0

İranda güclü yağış: 203 nəfər "xəstəxanalıq oldu"

Ötən gün ərzində güclü yağıntılar nəticəsində 203 nəfər təngnəfəslik problemi ilə Xuzistan vilayətində tibbi müalicə mərkəzlərinə müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Əhvaz Tibb Elmləri Universitetinin ictimai əlaqələr şöbəsinin müdiri Fərhad Həmzəluyi deyib.

Onun sözlərinə görə, onların 174 nəfəri müalicə olunaraq evə buraxılıb. 14 nəfər isə xüsusi bölməyə yerləşdirilib.